"Ulduz Media" kimi tanınan, İnternet Medianın 1 yaşı tamam oldu. Bu münasibətlə Qasımbəy məscidi, Köhnə Pir məscidində, Xüsusi təmtəraqla 70 nəfərdən çox şəxs arasında Ramazan ayı Münasibətilə İftar süfrəsi verildi. Təəssüflər olsun ki, bəzi hallarda istədiklərimiz baş tutmadı. Yəqin ki, həmin məclisdə iştirak edən şəxslər bunu gözəl bilirlər. Amma buna baxmayaraq, hamı razılıq edərək, yavaş-yavaş iftar açdıqdan sonra məsciddən xeyir-dua ilə ayrıldılar. Qayda-qanunlara riayət etmək məqsədilə, ilk öncə gələn qonaqlara su ilə, xurma təklif olundu. Gələn qonaqlar İftarlarını açdıqdan sonra Namazlarını qılmaq üçün məscidə daxil oldular. Namazı başa vurduqdan sonra, ehsan məqsədilə gətirilmiş təamlardan nuş etməyə başladılar. Sizlər gərək ki, onların iftar zamanı üzlərini görəydiniz. Onlar iftarlarını gülər üz, biri-birilərinə can-deyib, can-eşidərək açdılar. Bu insanı fərəhləndirir. Çünki, adam fəxr edir ki, Orucu hələ də, Sevə-Sevə tutan şəxslər var. Sözün doğrusunu desəm, mən sözü istədiyim şəxsin üzünə deyənəm. Bə'zi insanlar var ki, özü ilə öyünmək və ya özünü kiminsə yanında göstərmək niyyətilə Oruc tutur. Lakin bilmir ki, bunun savab yerinə böyük günah qazanmış olur. "Ulduz Media"-nın 1 yaşı münasibətilə keçirilmiş bu təntənəli məclisə gələn bütün insanlara Medianın rəhbəri olaraq, şəxsən təşəkkür edirəm, saydılar və iştirak etdilər. Bundan başqa köməklik edən şəxslərdən, haqqlarını halal etmələrini diləyirəm. Bunu bizə xatir yox, Allaha xatir etdiklərini də, bilirəm. Bizə xatir Allah evində, Sizcə nə edilə bilər? Burada hər nə etmisinizsə, deməli özünüzə bir əməl dolusu xurcun qazanmış oldunuz. Nəisə başınızı çox ağrıtmayım. Mənim bu tədbirin baş tutmasında 3 nəfərə xüsusi minnətdarlığım olacaqdır. Hacı Misirxan Əliyev (atam), Məşhədi Fərid (qardaşım), Anar (can-sirdaşım, uşaqlıq dostum). Hər üçünə də Allahdan daima belə məclislər üçün qazandıqları var-dövləti sərf etmələrini arzu edirəm. Daima yalnız belə yolda öz qüvvələrini sərf etmələrini arzu edirəm. ALLAH HAMINIZDAN RAZI OLSUN. AMİN!
Mübarək Ramazan ayını nəzərə alaraq dinimizin beş sütunundan biri, Oruchaqqındaməlumatlar verəcəyik.
Quranda “Bəqərə” surəsində belə buyrulur:-“Ey iman gətirənlər, təqvalı olmağınız üçün, sizdən öncələrə də yazıldığı kimi, sizə də oruc tutmaq müəyyən edildi. (Oruc) sayılmış günlərdir. Sizdən kim xəstə və ya səfərdə olsa, elə oqədər o biri günlərdə oruc tutsun. (Oruc tutmağa) qadir olmayanlar isə, hər günü bir yoxsulu doyurmaqla alsınlar. Hər kim könüllü olaraq onu çoxaltsa,özü üçün daha yaxşıdır. Əyər bilmək istəyirsizsə, özünüz oruc tutsanız daha yaxşı olar. Quran, insanları hidayət etmək, doğruluğun aydın yolunu göstərmək və haqq ilə batili bir birindən ayırd etmək üçün Ramazan ayında nazil olmuşdur. Hər kim bu ayın şahidi olsa, onda oruc tutmalıdır. Allah iradəsi sizə çətinlik deyil, rahatlıq dilər və siz o sayı tamamlamalısınız. Allahı, sizə doğru yol göstərdiyi üçün böyüklüklə yad edin və Allaha şükr edin.”
Ramazan ayında insanlar həm mənəvi cəhətdən, həm də daxilən təmizlənərək Allaha daha yaxın olurlar. Quranın nazil olduğu bu ayda Peyğəmbərimizin (s.ə.s) dediyinə görə şeytanın qolları zəncirdə olur. Allah rizası üçün oruc tutan hər bir şəxs oruc tutduğu zamanda, bütün vücudilə ibadətdə olur. Yəni onun ağzı nalayiq söz deməz, qulağı xoşagəlməzlikdən uzaq olar, gözləri harama baxmaz, beynində pis fikirlər olmaz. Bunlar da olmazsa, lənətə gəlmiş şeytan insan qəlbinə heç vaxt yol tapa bilməz, beləliklə də zəncirlənmiş olar. İmam Əli (ə)buyurur: -“Oruc yalnız yemək və içməkdən qalmaq deyildir. Bu Allahın xoşu gəlməyən bütün şeylərdən uzaq olmaq deməkdir.”
Oruc tutan insan həm Allahın buyruğunu yerinə yetirmiş olur, həm də öz sağlamlığını möhkəmləndirir. Hətta belə faktlar da var ki, səhiyyə aləmində müalicəsi mümkün olmayan insanlar, sidq ürəklə oruc tutaraq bu xəstəlikdən azad olmuşlar. Bu bir daha sübut edir ki, Yaradanımız yaratdığı bəndələrinə nə qədər mərhəmətli və adildir.
İmam Sadiq(ə) deyib:-“Oruc dünya xəstəliklərinin qarşısında qalxan, Axirət əzabındansa hicabdır.”
İmam Əli(ə) isə belə buyurur:-“Oruc tutan insanın yatması ibadət, susması təsbih, bir yaxşı əməli isə ikiyə bərabərdir. Onun iftar zamanı etdiyi dua rədd olunmaz .”
Yəqin ki, hər bir sidq ürəklə oruc tutan şəxs bu ayda qəlbinin nə qədərsaflaşdığının, nurlandığının, Allaha daha yaxın olduğunun, bizə bəxş edilən nemətlərin necə qədrini bildiyimizin, insanlara qarşı olan mərhəmət və sevginin daha da çoxalmasının şahidi olurlar. Məhəmməd Peyğəmbər (s.ə.s) deyir ki:-“Ey,müsəlmanlar, bilsəniz ki, oruc tutmaq sizə həm bu dünyanız, həm də o dünyanız üçün necə xeyir və savabdır, ilin bütün günlərini oruclu keçirərdiniz .”
Ramazan ayının saysız-hesabsız gözəllikləri var. Bu gözəlliklərdən ən başlıcası bu ayda yaşından, irqindən, sosial təbəqəsindən asılı olmayaraq bütün müsəlmanların müəyyən ay ərzində eyni olmasıdır. Bəli, Allah qarşısında bütün insanlar eyni olur. Səhər tezdənqalxarkən fikirləşdikcə ki, milyonlarla sənin kimi insan imsak edir, Allaha ibadətdə onlarla sən də varsan, insan ürəyi riqqətə gəlir. Və yaxudda ki axşam iftar zamanı, ailənlə, qohumlarınla, məsləkdaşlarınla, bəzən də heç tanımadığın insanların əhatəsində iftar etdikdə onların sənə nə qədər doğma olduğunu anlayırsan. Bu ayın insanlara bəxş etdiyi birözəllik də bütün insanlara qarşı olan sevgidir. Ümumiyyətlə bu ayda heç kəs özünü tənha hiss etməməlidir. Hər bir müsəlmanın borcudur ki, imkan dairəsində tanıdığı, həm mənəvi, həm də maddi ehtiyacı olan insanlara köməklik əlini uzatsın. Bunu edən şəxs heç nə itirmir, əksinə savab və rəhmət qazanır. Rəsuli Əkrəm (s.ə.s) deyir:-”Unutmayın ki, bu dünyadan sizəyaxşı əməllər və ehtiyacı olana etdiyini... Davamını oxu »
Rəsuli-Əkrəm(s.ə.s) :- “İzzət və Cəlal Sahibi olan Allah buyurur: -Əgər bəndənin əsas işi Məni yad etmək olarsa ,onun istək və ləzzətini Məni yad etməkdə qərar verərəm. İstək və ləzzətini Məni yad etməkdə qərar verdikdə o mənə aşiq olar və Mən də ona aşiq olaram; Mənimlə onun arasında olan hicabı aradan qaldırıb öz məhəbbətimi ona qələbə edərəm, (nəticədə) başqaları səhv etdiyi zaman o,səhv etməz. Belə şəxslərin kəlamı peyğəmbər kəlamı kimi olar. Onlar, doğrudan da, qəhrəmandırlar.”
İnsanın, bəlkə də ,ən dərin fitri istəyi mənəvi kamilliyə çatmaqdır.O, bir quş tək ilahi fəzada yüksəkliyə can atır, daha ali məqama çatmaq, Allah haqqında olan fitri biliyini həqiqi biliyə çevirmək arzusu ilə yaşayaraq, öz mərifətini artırmaq, içində hiss etdiyi boşluğu doldurmaq istəyir. Bu isə yalnız Allaha yaxınlaşmaqla mümkündür. Daxilimizdəki Allaha yaxınlaşmaq istəyinə lazımi qədər diqqət yetirə bilsək, nəyin axtarışında olduğumuzu anlayarıq. Bu yaxınlığın qapısını açmaq üçün yaradanımızın bizə bəxş etdiyiaçar ibadətdir. İnsan hər dəfə bütün vücudu ilə yaradanına ibadət etdikcə, ali nura yaxınlaşır ki, bu da onu batinindəki pisliklərdən, lənətə gəlmiş şeytanın qəlbə saldığı şübhələrdən təmizləyir, ruhunu pak edir. Pak ruha malik insansa düşünülməz hərəkətlərdən, paxıllıqdan, kibrdən, dünya istəyindən, acgözlükdən, qeybətdən, kindən, zalımlıqdan, simiclikdən, qəzəbdənvə bu kimi saysız-hesabsız günah əməllərdən çox-çox uzaqlarda olur. Çünki bu dünyanın faniliyini, bir imtahan olduğunu və özünün də bu dünyada bir qonaq olduğunu anlayır və əsil həyatı, sonsuza qədər ruhunun məkanı olacaqAxirət üçün savab qazanmağa çalışır.
Məhəmməd Peyğəmbər (s.ə.s)buyurub: -“İslam beş sütun üzərində qurulub.Onlar namaz,zəkat,həcc,oruc və əhli- beytin vilayətidir”
Bu beş sütunun hər biri insan ruhuna paklıq, Ali nura yaxınlıqverən amillərdir ki, Allah bunları bəndələrinə vacib bilir. Rəsuli Əkrəm(s.ə.s) buyurur: -“Nə qədər ümmətim bir-birinə məhəbbət edib, namazqılıb, oruc tutub, zəkat verib, qonaqsevərlik edərsə həmişə xeyirdə olacaqdır.”
Bütün dünyanı xəlq edən Yaradanımız öz bəndələrinə olan sərhəddsiz məhəbbətindən bu yaşadıqları sınaq dünyasında bizə sözün əsil mənasında insan kimi yaşamaq üçün minlərcə nemət bəxş edib. Bəzi insanlar isə Allahın onlara bəxş etdiyi hər bir nemətə, nəfəs aldıqları havaya, üstündə rahat gəzdiyi torpağa, içdiyi suya, torpaqdan və sudanhasil olan milyonlarla hazır qida məhsullarına, onları əhatə edən bütünlüklə hər şeyə görə şükr etməkdənsə, daha da naşükürlük edib daha böyük iddialarla yaşayırlar. İnsan naşükürlük etdikcə isə qəlbi daşlaşır, mərhəmət hissini tədricən itirir, sevgi isə onlarçın yad bir anlayış formasını alır. Bəlkə də ani bir vaxt aralığında özü üçün dünyanın xoşbəxti olsa da tezliklə nəyinsə çatışmadığını duyur. Bu da Allahın bir mərhəmətidir, bəndə yaradanından nə qədər uzaq düşüb, günah işlər tutarsa, yenə də müxtəlif sınaqlarla düz yola çəkilir. Əgər etdiyi əməllərdən əl çəkib, haqq yoluna gəlib, tövbə edərsə, günahı əhv edilir. İmam Sadiq(ə) buyurur ki, Allah-təala Davud(s)-a belə vəhy etdi: “Ya Davud! Həqiqətən, Mənim mömin bəndəm bir günah edib, sonra əməlindən qayıtsa və tövbə etsə və Məndən o günahı xatırlayan zaman həya etsə, onu bağışlayaram, onun günahını əməl kitabına yazanların yadından çixardaram, onuhəsənəyə çevirərəm. Bu işdən də heç vaxt qorxum yoxdur; çünki Mən rəhm edənlərin Rəhimlisiyəm.”
İslamYer üzərinə bəxş edilmiş sonuncu mütərəqqi, vahid dindir. Müqəddəs kitabı olan Quranda misli olmayan açıqlamaları duymaq bəsdir ki, Allahın buyurduğu yollayaşamağın gözəlliklərini hiss edəsən. Bir özünüz düşünün, əgər yaşadığımız dünya fanidirsə, Axirətdə də bizi bu sınaq dünyasında etdiyimiz əməllərə görəimtahan edib, əməllərimizin əvəzində yaradanımız möminlərə bəxşiş olaraq cənnəti, günahı ağır olanlara isə cəhənnəmi məsləhət verəcəksə, onda nəyə görə o dünyaya görə ani anlamda olan bu həyatımızı allahın buyurduğu yolla yaşamayaq, həyatımızı savab əməll... Davamını oxu »
328–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Kişinin öz xanımına dediyi səni sevirəm sözü, heç vaxt onun qəlbindən çıxmaz.
Vəsailuş-şiə /14/1.
329–İmam Baqir əleyhissalamdan qadınların işlətdiyi və saçlarına vurduğu qəramil haqda soruşuldu. Həzrət buyurdu:Qadınlar öz ərləri üçün bəzənə bilərlər.
Kafi /5/119.
330–Həzrəti Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:Allahın Rəsulu (s.ə.v.v.) qadının ərindən başqası üçün bəzənməsini qadağan edib. Əgər belə etsə, Allahın onu cəhənnəm atəşində yandırmağa haqqı vardır.
Mən layəhzuruhul-fəqih /4/6.
331–İmam Sadiq əleyhissalam buyurur:Bir kəsin bizə qarşı məhəbbəti nə qədər artsa, öz ailəsiylə bir o qədər mehriban olar.
Vəsailuş-şiə /14/11.
332–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Sizin qadınlarınızın ən yaxşısı iffətli olub, ər-arvadlıqda ərinə itaət edən, onun üçün bəzənənlərdir.
319–Mütəal Allah buyurur:Qadınlara təlaq versəniz, iddələri axıra çatan zaman, ya onları yaxşı saxlayın, ya da yaxşılıqla boşayın və ziyan vermək üçün onları saxlamayın ki, zülm etmiş olasınız. Hər kəs belə etsə, doğrudan da özünə zülm etmişdir. Allahın ayələrini zarafat sayıb rişxənd etməyin və Allahın sizə göndərdiyi ne`məti, nəsihət üçün kitab və hikmətdən sizin üçün göndərdiklərini yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyə alimdir.
Bəqərə surəsi /231.
320–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Ailə qurun və təlaq verməyin ki, həqiqətdə Allahın ərşi təlaq verməklə titrəyir.
Vəsailuş-şiə /9/22.
321–İmam Sadiq əleyhissalam buyurur:Həqiqətən Allah ailə qurmaq üçün toy edilən evi xoşlayır, təlaq və ayrılıq baş verən evdənsə acığı gəlir. Təlaq qədər Allahın qəzəbinə səbəb olacaq bir şey yoxdur.
Kafi /6/54.
322–Allahın Rəsulu (s.ə.v.v.) buyurur…Şübhəsiz, həvəsbazlıq və ya evlənməyin ləzzətini dadmaq üçün (tez-tez) ailə qurub boşanan şəxslər Allahın qəzəbinə, ya lə`nətinə düçar olmuş şəxslərdir.
Kafi /6/154.
323–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Mənim ümmətimdən olan qadınlardan hər biri bu dörd xüsusiyyətə malik olsa behişt onundur:Namusunu qoruya, ərinə itaət edə, beş vaxt namazını qıla və Ramazan ayının orucunu tuta.
311–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gecələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür.
Vəsailuş-şiə /20/172.
312–Allah Rəsulu (s.ə.v.v.) buyurur:Qadın özünü (əri üçün) gözəl ətirlərlə ətirləməli, ən gözəl paltarlarını geyib, ən gözəl zinətlərlə bəzəməli və gecə-gündüz özünü onun ixtiyarında qoymalıdır.
Kafi /5/508.
313–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:Qadının cihadı ərinə yaxşı baxmasıdır.
Nəhcül-bəlağə, kəlimati-qisar /494.
314–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Allah buyurur:Hər vaxt mö`min üçün dünya və axirət xeyrini bir yerə cəm etmək istəsəm, ona (Allahdan) qorxan qəlb, zikr edən dil, bəlada səbirli olan bədən və mö`minə olan həyat yoldaşı verərəm ki, hər vaxt baxsa onu xoşhal edər, yanında olmayan zaman özünü və malını qoruyar.
Kafi /5/327.
315–İmam Sadiq əleyhissalam buyurur:Ərinə əziyyət edib onu kədərləndirən qadın Allah dərgahından qovulmuşdur. Əri ilə nəzakətli olub onu incitməyən, həmişə sözünə qulaq asan qadın isə necə də xoşbəxtdir.
Biharul-ənvar /103/252.
316–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Əlbəttə, qadınlarınızın ən yaxşısı çox övladlı, qəlbi mehr-məhəbbətlə dolu, örpəkli, iffətli, ərinin qarşısında təvazökar, qohumlarının yanında əziz olanlar, eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib, naməhrəmdən gizlədən, ərinin sözünə canla-başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır, sadə kişilər kimi özünə baxmayanlar yox.
(Biharul-ənvar /103/235.)
317–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Dörd şeyə yiyələnmək müsəlman kişinin xoşbəxtliyindəndir…Ləyaqətli və salehə xanım; Geniş ev; Məqsədə yetişmək üçün sür`ətlə gedən ra... Davamını oxu »
305–İmam Baqir əleyhissalam buyurur:Qadınlar üçün qiyamət günündə ən böyük şəfaət edən ərlərinin razılığıdır.
Biharul-ənvar /81/345.
306–İmam Riza əleyhissalam Əmirəl-mö`minin Əli əleyhissalamdan rəvayət edir:Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır. Soruşuldu ki, ya Əli, bu beş xislət nədən ibarətdir? Buyurdu…Ərinə qarşı təvazökarlıq və üzü yolalıq, eləcə də bədxərclik etməyib qənaətcil olmaq; Xoşxasiyyət, mülayimlik və mehribançılıq; Əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək; Ərini əsəbi və ya yorğun halda gördükdə, bütün işlərini, öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək; Əri yanında olmayanda onun malını, namusunu, övladlarını, öz iffətini qorumaqda əlindən gələni əsirgəməmək. Sonra buyurdu:Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur, onlar öz istəklərinə çatacaq.
Kafi /5/324.
307–İmam Sadiq əleyhissalam buyurur:Hər bir qadın əri haqlı olaraq ondan narahat olduğu halda gecələsə, mütəal Allah onun namazını əri razı olana qədər qəbul etməz.
Kafi /5/507.
308–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Kişinin öz yoldaşı üzərində olan haqqı budur ki:(arvadı) çırağı yandırsın, yemək hazırlasın, evin qapısına qədər xoş sözlərlə onu qarşılamağa çıxsın və üzrlü vaxtlardan başqa özünü onun ixtiyarında qoysun.
Məkarimul-əxlaq /2/246.
309–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Qadın ərinin haqqını ödəməyincə, Allahın haqqını ödəyə bilməz.
Müstədrəkul-vəsail /14/257.
310–İmam Baqir əleyhissalam buyurur:Bir gün bir qadın Allahın Rəsulunun (s.ə.v.v.) xidmətinə yetişib o Həzrətdən sual etdi ki, kişinin qadının boynunda olan haqqı nədir? Allahın Rəsulu (s.ə.v.v.) cavabında buyurdu:İtaət edib ona qarşı çıxmamaq.
298–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Vay olsun o qadına ki, ərini narahat edib qəzəbləndirə və xoş o qadının halına ki, əri ondan razı ola.
Biharul-ənvar /8/30.
299–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:İki arvadı olan, onların arasında özünü və malını düzgün bölüşdürməyib ədalətlə rəftar etməyən kişi, qiyamət günündə bədəninin yarısı zəncirlənmiş və o biri yarısı da düzəlməyən halda gələcək və cəhənnəmə daxil olacaqdır.
Biharul-ənvar /7/214.
300–İmam Baqir əleyhissalam buyurur:Ailə quran hər bir şəxs öz yoldaşını əzizləyib hörmət etməlidir.
Biharul-ənvar /103/224.
301–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:Hər bir halda qadınlarla mülayim və güzəştli olun (hətta öz vəzifələrinə əməl etməsələr də). Onlarla mehriban və yaxşı danışın, mümkündür bu yolla onlar da öz vəzifələrini layiqincə yerinə yetirsinlər.
Biharul-ənvar /103/323.
302–Musa ibni Cə`fərdən, o da öz ata-babalarından nəql etmişdir ki, Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Bəndənin Allaha imanı artdıqca qadınlara qarşı məhəbbət və atifəsi də çoxalacaqdır.
Biharul-ənvar /103/228.
303–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Dünyadan üç şey mənim üçün sevimlidir:qadınlar, xoş iyli ətir, amma gözlərimin nuru namazdadır. (Mə`buda üz tutub Ona ibadət etmək).
Biharul-ənvar /76/141. Xisal /1/189.
304–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:Ən pis adam (maddi cəhətdən) ailəsinə çətinlik yaradanlardır.
287–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Allahın rəhmətindən qovulmuşdur, qovulmuşdur öz külfətini ehtiyaclı və başsız qoyan şəxslər.
Mən layəhzuruhul-fəqih /3/168.
288–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Arvadının bədrəftarlığına dözüb şıltaqlığına görə ona acıqlanmayan, vurmayan, pis söz deməyən, dolanışıqda onun üçün çətinlik yaratmayan, bir sözlə ondan əvəz çıxmayan və səbr edən kişi öz əcr-savabını Allahdan istəsə, mütəal Allah ona şakirlərin savabını verəcəkdir.
Mən layəhzuruhul-fəqih /4/16.
289–İmam Sadiq əleyhissalam buyurur:Ailəsinin rahatlığı üçün zəhmət çəkən şəxs, Allah yolunda cihad edənlərə bənzəyir.
Kafi /5/ii. Mən la yəhzuruhul-fəqih /3/168.
290–İmam Sadiq əleyhissalam buyurur:Bu günah kişiyə bəsdir ki, qadınını, uşaqlarını və nəfəqəsi boynunda olan başqa kəsləri əli boş və möhtac qoya.
Mən layəhzuruhul-fəqih /3/168.
291–İmam Sadiq əleyhissalam buyurur:Öz ailə-uşaqlarının başçılığını öhdəyə götürmək kişinin xoşbəxtliklərindəndir.
Mən layəhzuruhul-fəqih /3/168.
292–Mütəal Allah buyurur:Allahı tanımağın əlamət və nişanələrindən biri budur ki, O sizin üçün öz cinsinizdən olan zövcə yaratdı ki, onlarla ünsiyyət yaradıb aram olasınız və sizinlə onların arasında mehr-məhəbbət, atifə və rəhmət qərar verdi ki, birlik, həmrə`ylik, batini və şəxsi əlaqə yaratmaqla ictimai həyatınızı tə`min edib fəsad və çətinlikləri aradan qaldırasınız.
Rum surəsi, 210-cu ayə.
293–Biharul-ənvar da belə nəql olunur…Bir gün Osman ibni Məz`unun həyat yoldaşı Ümmü Sələmənin yanına gəldi. Ümmü Sələmə ona dedi:Nə üçün ətir vurmursan, saçlarına həna, rəng qoymursan? Osman ibni Məz`unun yoldaşı cavab verdi:Ərim bir müddətdir ki, mənimlə yaxınlıq etmir. Ümmü Sələmə soruşdu:Nə üçün? Cavab verdi:Osman qadınlarla yaxınlıq etməyi özünə haram edib, rahiblik yolunu tutub. Ümmü Sələmə bu xəbəri Həzrəti Peyğəmbərə (s.ə.v.v.) çatdırdı. Həzrət səhabələri ətrafına toplayıb buyurdu:Qadınlarınızdan uzaq gəzirsiniz?! Halbuki mən (öz) xanımlarımın yanına gedirəm, gündüz xörək yeyir, gecə yatıram. Hər kəs mənim üslubumdan kənara çıxsa məndən deyildir.
281–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Hər kəs bir qadınla təkcə onun gözəlliyinə görə evlənsə, istədiyinə çatmayacaqdır. Hər kəs qadınla təkcə malına görə evlənsə, mütəal Allah onu təkcə o mala vəkil edər. Sizlərə dindar qadın seçməyi tövsiyə edirəm. (Çünki bütün xeyir və bərəkətlər onun vücudunda qoyulmuşdur.)
Təhzib /7/399.
282–İmam Sadiq əleyhissalam buyurur:Hər kəs qadınla təkcə malına görə ailə qursa, mütəal Allah onu yalnız həmin mala həvalə edər.(Yə`ni çətin vaxtlarda Allahın lütfündən binəsib qalar.)
Kafi /5/333.
283–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Hər kəs qadının malına görə onunla ailə qursa, Allah onu o mala həvalə edər; hər kəs onunla gözəlliyinə görə evlənsə xoşlamadığı və acığı gəldiyi şeyləri o qadında görəcəkdir; hər kim qadınla dininə görə ailə qursa, Allah o yaxşılıqları onun üçün cəm edəcəkdir.
Təhzib /7/399.
284-Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Hər kəs qadınla təkcə gözəllik və cəmalına görə ailə qursa, Allah o qadının gözəlliyini onun üçün əzab-əziyyət mənbəyinə çevirər.
Vəsailuş-şiə /20/53.
285–İmam Səccad əleyhissalam buyurur:Hər kəs Allaha və sileyi-rəhimə görə ailə qursa, Allah onun başına izzət tacı qoyar.
Mən layəhzuruhul-fəqih /3/385.
286–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:Qadınla təkcə onun gözəlliyinə görə evlənmə, çünki onun gözəlliyi iffətsizliyinə səbəb ola bilər, həmçinin qadının malına görə onunla evlənmə, çünki bu iş onun tüğyan etməsinə, itaətsizliyinə səbəb ola bilər. Sən qadınla onun dininə görə ailə qur.