Xeberler arxivi - XEYRİYYE
Çerşenbe axşamı, 24-Noyabr-2009, 23.33.59
Sizi salamlayırıq Allah bendesi | Qeydiyyat | Giriş

Xeyriyyəçilərin rəsmi İnternet səhifəsinə xoş gəlmisiniz!

Rəsuli Əkrəm (s.ə.v.v) buyurub: Rəhm etməyənə, Rəhm etməzlər

SƏHİFƏLƏRİMİZ
GİRİŞ NÖVÜ
Ləqəb:
Şifrə:
 
XƏBƏRLƏR TƏQVİMİ
«  Noyabr 2009  »
B.EÇ.AÇC.ACŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
ƏMƏKDAŞLARIMIZ
STATİSTİKA

Cemi online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
BİZİM MARAQLARIMIZ
Dini ayinləri yerinə yetirirsinizmi?
Cəmi cavablar: 11
Ana səhifə» Xeberler arxivi

277–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Əgər dinini və əxlaqını bəyəndiyiniz bir kəs elçiliyə gəlsə, onu qəbul edib qızınızı verin. (Soruşdular…) Əgər onun nəsəbi pis olsa nə edək? Həzrət əvvəlki sözü təkrar edərək əlavə etdi:  Dini və gözəl əxlaqı olduğu halda, yüksək əsil-nəsəbi olmadığına görə ona qız verməsəniz, yer üzündə böyük fitnə-fəsad baş verəcəkdir.
Təhzib /7/394.
 
 278–İmam Cavad əleyhissalam buyurur:  Hər kəs sizə elçilik etsə, onun dinindən və düzlüyündən yəqinlik hasil etdikdən sonra ailə qurmağa razı olun.
Mən la yəhzuruhul-fəqih /3/393.
 
 279–Bir kişi İmam Hüseyn əleyhissalamın yanına gəlib dedi:  Mənim bir qızım var, onu necə adama ərə versəm yaxşı olar? Həzrət buyurdu:  Onu Allahdan qorxan bir adama ərə ver, çünki həmin şəxs qızını sevsə əzizləyəcək, amma acığı gəlsə ona əzab-əziyyət (zülm) etməyəcəkdir.
 Əl-müstətrəf /2/218.
 
 280–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Hər kəs qızını fasiq və imansız adama ərə versə, sözsüz onunla qohumluq əlaqəsini kəsmişdir.
Məhəccətul-beyza /3/94
Baxışlar: 62 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

272–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Xeyir-bərəkəti daha çox olan nikah odur ki, xərci az olsun.
 Kənzul-ummal /16/299.
 
 273–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Mənim ümmətimin qadınlarının ən layiqlisi gözəl üzlü və mehriyyəsi az olanlardır.
 Biharul-ənvar /103/236.
 
 274–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Ailə qur, hətta dəmir üzüklə (mehriyyə kimi) olsa belə .
 Kənzul-ümmal /16/321.
 
 275–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Hər kəs bir ovuc buğda və ya xurmanı (qarşı tərəfin razılığı ilə) mehriyyə qərar versə, onun nikahı halal və düzdür.
 Kənzul-ümmal /16/321.
 
 276–İmam Sadiq əleyhissalam buyurur:  Allahın Rəsulu otuz dirhəm qiyməti olan bir zirehin mehriyyəsinə Əli əleyhissalam ilə Fatiməni evləndirdi.
Vəsailuş-şiə /21/251.
Baxışlar: 62 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 5.0/1 | Səsvermələr (0)

261–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Hər kəs halal ailə qurmaq yolunda çalışsa, mö`min kişini evləndirib mö`minə qadını ərə versə, Allah-taala bu zəhmət və xərcin əvəzində onu behişt huriləri ilə evləndirər və bu yolda dediyi hər kəlmə və götürdüyü hər qədəm üçün bir illik ibadət savabını yazar.
Biharul-ənvar /103/221.
 
 262–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Ən üstün vasitəçilik iki nəfərin ailə qurmasında vasitəçi olmaqdır ki, mütəal Allah onların arasında şər`i nikah qərar versin.
Təhzib /7/215, Kafi /5/331.
 
 263–İmam Kazim əleyhissalam buyurur:  Üç dəstə qiyamət günü heç yerdə kölgə olmayan zaman Allahın rəhmət kölgəsində qərar tutarlar:  Mö`min qardaşını evləndirənlər, mö`min qardaşına xidmət edib hacətini yerinə yetirənlər və mö`min qardaşının sirrini faş etməyib gizli saxlayanlar.
Biharul-ənvar /74/356.
 
 264–İmam Sadiq əleyhissalam buyurur:  Subay şəxsləri evləndirənlər qiyamət günündə Allahın rəhmət nəzəri ilə baxdığı şəxslərdəndir.
Təhzib /1/404.
 
 265–İmam Kazim əleyhissalam buyurur:  Sözsüz qiyamət günündə Allahın xüsusi lütf və rəhmət kölgəsi vardır ki, onun altında yalnız peyğəmbərlər, yaxud onların vəsiləri, ya mö`min qulu azad etmiş mö`minlər, yaxud başqa mö`minin borcunu ödəmiş mö`min bəndə, ya da mö`min qadın və kişinin ailə qurmasında zəhmət çəkib, onların haqqını boynuna götürən mö`min qərar tapar.
Vəsailuş-şiə /20/46.
 
 266–Həzrət Peyğəmbər (s) buyurur:  Hər kəs iki mö`minin ailə qurması yolunda çalışaraq onları evləndirsə Allah-taala əvəzində onu Huril-eyndən olan min qadınla evləndirər ki, onların hər biri dürr və yaqutdan olan qəsrdə olar.
Vəsailuş-şiə /21/253.
 
267–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Qadının namübarək olması mehriyyəsinin çoxluğu və əxlaqının pis olmasındadır.
Biharul-ənvar /50/321.
 
 268–İmam Sadiq əleyhissalam buyurur:  Oğrular üç dəstədir:  Zəkat verməyənlər, qadınların mehriyyəsini verməyib (özünə) halal sayanlar və borc götürüb ödəmək fikrində olmayanlar.
Biharul-ənvar /96/12.
 
Baxışlar: 49 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

257–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Bakirə qızlar ağacın meyvələri kimidirlər. Meyvə yetişdikdə yığılmasa günəş və küləklə xarab olduğu kimi, bakirə qızlar da qadınların gördüyü şeyi gördükdə ərə getməkdən başqa çarələri qalmır. Əgər onlar ərə getməsələr fəsaddan amanda qalmayacaqlar, çünki onlar insandırlar və insani ehtirasları vardır.
Kafi /5/337.
 
 258–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Hər bir şəxs cavan ikən ailə qurduqda şeytan nalə çəkib deyər ki, vay olsun mənə, vay olsun mənə, bu gənc dininin üçdə ikisini mənim şərrimdən qorudu.
Biharul-ənvar /103/221.
 
 259–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Ey cavanlar! Sizlərdən hər kəsin qüdrəti varsa ailə qursun. Gerçəkdə bu işlə gözləriniz qadınlardan çəkilər və namusunuz qorunar.
Müstədrək və Vəsailuş-şiə /14/153.
 
 260–Allahın Rəsulu (s.ə.v.v.) tərki-dünya olub ailə qurmaqdan çəkinməyin qarşısını alıb, qadının ailə qurmaqdan imtina etməsini qadağan etmişdir.
Müstədrək və Vəsailuş-şiə /14/248.
Baxışlar: 79 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

253–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Asimanın rəhmət qapıları dörd yerdə açılır:  yağış yağdıqda, övlad ata-ananın üzünə baxdıqda, Kə`bənin qapısı açıldıqda və nikah baş verdikdə.
 Biharul-ənvar /103/221.
 
 254–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Subay oğlan və qızlarınızı evləndirin. Həqiqətən mütəal Allah onların əxlaqlarını yaxşı, ruzilərini bol, abır-şərəflərini artıq edər.
Biharul-ənvar /103/222.
 
 255–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Ailə qurun, qızları ərə verin, subay kişiləri evləndirin. Hər bir müsəlmanın şərəf və səadəti odur ki, qızlarını vaxtı çatdıqda ərə versin və yerbəyer etsin.
Kafi /5/328.
 
 256–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Allah üçün islamda nikahla abad olmuş evdən sevimli, təlaqla viran olmuş evdən pis və qəzəbli bir şey yoxdur.
Kafi /5/328.
Baxışlar: 49 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

248–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Hər kəs (qadın və ya kişi) evlənsə öz dininin yarısını qorumuşdur. Qalan yarısını da təqvalı olsun.
Kafi /5/328.
 
 249–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Cəhənnəm əhlinin çoxu ailə qurmayan qadın və kişilərdir.
Mən layəhzuruhul-fəqih /3/384.
 
 250–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Ən pis ölülər o kəslərdir ki, ailə qurmaqdan boyun qaçırmışlar.
Təhzib /7/239.
 
 251–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Hər kəs pak-pakizə dünyadan getmək istəsə, gərək ailə qursun və subay ölməsin.
 Mən layəhzuruhul-fəqih /3/385.
 
 252–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Ailə qur, yoxsa məsihi rahiblərindən, yaxud şeytanın qardaşlarından olacaqsan.
Biharul-ənvar /1-3/221.
Baxışlar: 80 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

244–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurub:  Ailəli şəxsin qıldığı iki rəkət namaz, gecələri oyaq qalıb ibadət edən və gündüzləri isə oruc tutmaqla keçirən subay adamın əməlindən fəzilətlidir.
 Mən layəhzuruhul-fəqih /3/380.
 
 245–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Ailəli yatmış şəxs, Allah yanında gündüzləri oruc tutub gecələri oyaq qalan subaydan üstündür.
Biharul-ənvar /103/221.
 
246–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Ümmətimin yaxşıları evlilər, pisləri isə subaylardır.
 Biharul-ənvar /103/221.
 
 247–İmam Sadiq əleyhissalam buyurur:  Bir kişi atamın xidmətinə gəldi. Həzrət ondan soruşdu:  Evlisənmi? Cavab verdi:  Yox. Buyurdu:  Bütün dünyanı və dünyada olanları, tək gecələyim (subay qalım. Red) deyə, mənə versələr qəbul etmərəm. (Sonra buyurdu…) Evli kişinin qıldığı iki rəkət namaz, subay adamın gecələr oyaq qalıb gündüzlər oruc tutmasından fəzilətlidir. Sonra atam ona yeddi dinar pul verib buyurdu:  Bu pulu evlənməyə sərf elə.
Biharul-ənvar /103/217.
Baxışlar: 60 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

«Agah olun! Hər kəs Ali-Muhəmməd (s.a.a.v.)-ə məhəbbət ilə dünyadan getsə, kamil imanla, mömin kimi dünyadan gedər».

اَلاَ وَ مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ بَشَّرَهُ مَلَكَ الْمَوْتِ بِالْجَنَّةِ ثُمَّ مُنْكَرٌ وَ نَكِيرٌ

«Agah olun! Hər kəs Ali-Muhəmməd (s.a.a.v.)-ə məhəbbət ilə dünyadan getsə, belə bir şəxs öldüyü vaxt ölüm Mələyi, Nəkir və Munkər ona behişt müjdəsi verər».

اَلاَ وَ مَنْ مَاتَ عَلَى حُبَّ آلِ مُحَمَّدٍ يُزَفُّ إِلَىالْجَنَّةِكَمَا تُزَفُ الْعَرُوسُ إِلَى بَيْتِ زَوْجَاهَا

«Agah olun! Hər kəs Ali-Muhəmməd (s.a.a.v.)-ə məhəbbət i... Davamını oxu »

Baxışlar: 78 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

Əli (ə) buyurub: Boğazımda sümük və gözümdə tikan qalmış halda səbr etdim. (Nəhcül-bəlağə, 3-cü xütbə)

قَالَ رَسُولُ الله (ص): أَنَا اَدِيبُ الله وَ عَلِىٌّ اَدِيبِى

Allahu-Təalanın (c.c.) Rəsulu (s) buyurur: Mən Allahu-Təalanın (c.c.) tərbiyət olunmuşu, Əli (ə) isə mənim tərbiyət olunmuşumdur. (Bihar, 16-cı cild, səh.281)

قَالَ رَسُولُ الله (ص): أَنَا مِيزَانُ الْحِكْمَةِ وَ عَلِىٌّ لِسَانُهُ

Allahu-Təalanın (c.c.) Rəsulu buyurur: Mən hikmətin tərəzisi, Əli(ə)-da onun gözləridir. (Ehqaqul-həqq, 6-cı cildi, səh. 46)

قَالَ رَسُولُ الله (ص): لَضَرْبَةُ عَلِىٍّ خَيْرٌ مِنْ عِبَادَةِ الثَّقَلَيْنِ... Davamını oxu »

Baxışlar: 76 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

Ey camaat! Həqiqətən əvvəlin və axirin elm mənim yanımdadır, nə qədər ki, sizin aranızdan getməmişəm məndən sual edin. (Əl-iraşid, 1-ci cild, səh. 35)

أَلْاَمَامُ عَلِىٌّ (ع) مَازِلْتُ مُذقُبِضَ رَسُولُ اللهِ (ص) مَظْلُومًا

Həzrət Əli (ə) buyurub: Allahu-Təalanın (c.c.) Rəsulu (s) dünyadan köçən gündən məzlumam. (Şərhi nəhcül-bəlağə, 4-cü cild, səh.103)

لاَ سَيْفَ إِلاَّ ذُوالْفِقَار وَ لاَ فَتَى إِلاَّ عَلِىٍّ

Uhud müharibəsində asimandan belə nida olundu:
Zülfüqar kimi heç bir qılınc və Əli (ə) kimi heç bir cavan yoxdur. (Müntəhul-əmal)

Həzrət Salman buyurur: Peyğəmbər-Əkrəm (s.a.a.v.) can verən halda gördüm ki, buyurur:

إِلَهِى أَتَقَرَّبُ إِلَيْكَ بَوِلاَيَةِ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ

İlahi, Əli ibn Əbu Talibin vilayəti ilə sənin dərgahına yaxınlaşıram. (Kərəmətul-ələviyyə)

أَلسَّلاَمُ عَلَى... Davamını oxu »

Baxışlar: 43 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

« 1 2 3 4 ... 6 7 »