YAXŞI QADININ XÜSUSİYYETLERİ - 8 Сентября 2008 - XEYRİYYE
Cüme, 27-Noyabr-2009, 10.46.36
Sizi salamlayırıq Allah bendesi | Qeydiyyat | Giriş

Xeyriyyəçilərin rəsmi İnternet səhifəsinə xoş gəlmisiniz!

Rəsuli Əkrəm (s.ə.v.v) buyurub: Rəhm etməyənə, Rəhm etməzlər

SƏHİFƏLƏRİMİZ
GİRİŞ NÖVÜ
Ləqəb:
Şifrə:
 
XƏBƏRLƏR TƏQVİMİ
«  Sentyabr 2008  »
B.EÇ.AÇC.ACŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930
AXTARIŞ
ƏMƏKDAŞLARIMIZ
STATİSTİKA

Cemi online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
BİZİM MARAQLARIMIZ
Dini ayinləri yerinə yetirirsinizmi?
Cəmi cavablar: 11
Ana səhifə» 2008 » Sentyabr » 8 » YAXŞI QADININ XÜSUSİYYETLERİ
YAXŞI QADININ XÜSUSİYYETLERİ
23.25.39
311–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gecələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür.
Vəsailuş-şiə /20/172.
 
 312–Allah Rəsulu (s.ə.v.v.) buyurur:  Qadın özünü (əri üçün) gözəl ətirlərlə ətirləməli, ən gözəl paltarlarını geyib, ən gözəl zinətlərlə bəzəməli və gecə-gündüz özünü onun ixtiyarında qoymalıdır.
 Kafi /5/508.
 
 313–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Qadının cihadı ərinə yaxşı baxmasıdır.
Nəhcül-bəlağə, kəlimati-qisar /494.
 
 314–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Allah buyurur:  Hər vaxt mö`min üçün dünya və axirət xeyrini bir yerə cəm etmək istəsəm, ona (Allahdan) qorxan qəlb, zikr edən dil, bəlada səbirli olan bədən və mö`minə olan həyat yoldaşı verərəm ki, hər vaxt baxsa onu xoşhal edər, yanında olmayan zaman özünü və malını qoruyar.
Kafi /5/327.
 
 315–İmam Sadiq əleyhissalam buyurur:  Ərinə əziyyət edib onu kədərləndirən qadın Allah dərgahından qovulmuşdur. Əri ilə nəzakətli olub onu incitməyən, həmişə sözünə qulaq asan qadın isə necə də xoşbəxtdir.
Biharul-ənvar /103/252.
 
 316–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Əlbəttə, qadınlarınızın ən yaxşısı çox övladlı, qəlbi mehr-məhəbbətlə dolu, örpəkli, iffətli, ərinin qarşısında təvazökar, qohumlarının yanında əziz olanlar, eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib, naməhrəmdən gizlədən, ərinin sözünə canla-başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır, sadə kişilər kimi özünə baxmayanlar yox.
 (Biharul-ənvar /103/235.)
 
 317–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Dörd şeyə yiyələnmək müsəlman kişinin xoşbəxtliyindəndir…Ləyaqətli və salehə xanım; Geniş ev; Məqsədə yetişmək üçün sür`ətlə gedən rahat minik; Əxlaqı və əməli düz olan saleh övlad.
 Biharul-ənvar /104/98.
 
 318–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Qadının cihadı əri ilə xoş rəftarıdır. Ərinin onun üzərində olan haqqı bütün xalqın haqqından böyükdür.
Biharul-ənvar /103/256.
Baxışlar: 101 | Elave etdi: xeyriyye| Reytinq: 0.0/0 |
Cəmi səsvermələr: 0
 
Имя *:
Email:
Код *: