DİNİ BÖLÜM-2 - 12 Сентября 2008 - XEYRİYYE
Çerşenbe axşamı, 24-Noyabr-2009, 23.32.43
Sizi salamlayırıq Allah bendesi | Qeydiyyat | Giriş

Xeyriyyəçilərin rəsmi İnternet səhifəsinə xoş gəlmisiniz!

Rəsuli Əkrəm (s.ə.v.v) buyurub: Rəhm etməyənə, Rəhm etməzlər

SƏHİFƏLƏRİMİZ
GİRİŞ NÖVÜ
Ləqəb:
Şifrə:
 
XƏBƏRLƏR TƏQVİMİ
«  Sentyabr 2008  »
B.EÇ.AÇC.ACŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930
AXTARIŞ
ƏMƏKDAŞLARIMIZ
STATİSTİKA

Cemi online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
BİZİM MARAQLARIMIZ
Dini ayinləri yerinə yetirirsinizmi?
Cəmi cavablar: 11
Ana səhifə» 2008 » Sentyabr » 12 » DİNİ BÖLÜM-2
DİNİ BÖLÜM-2
02.21.00

11 AYIN SULTANI XOŞ GƏLDİN

 
    Mübarək Ramazan ayını nəzərə alaraq dinimizin beş sütunundan biri, Oruc  haqqında  məlumatlar verəcəyik.

Quranda “Bəqərə” surəsində belə buyrulur:-“Ey iman gətirənlər, təqvalı olmağınız üçün, sizdən öncələrə də yazıldığı kimi, sizə də oruc tutmaq müəyyən edildi. (Oruc) sayılmış günlərdir. Sizdən kim xəstə və ya səfərdə olsa, elə oqədər o biri günlərdə oruc tutsun. (Oruc tutmağa) qadir olmayanlar isə, hər günü bir yoxsulu doyurmaqla alsınlar. Hər kim könüllü olaraq onu çoxaltsa,özü üçün daha yaxşıdır. Əyər bilmək istəyirsizsə, özünüz oruc tutsanız daha yaxşı olar. Quran, insanları hidayət etmək, doğruluğun aydın yolunu göstərmək və haqq ilə batili bir birindən ayırd etmək üçün Ramazan ayında nazil olmuşdur. Hər kim bu ayın şahidi olsa, onda oruc tutmalıdır. Allah iradəsi sizə çətinlik deyil, rahatlıq dilər və siz o sayı tamamlamalısınız. Allahı, sizə doğru yol göstərdiyi üçün böyüklüklə yad edin və Allaha şükr edin.”

Ramazan ayında insanlar həm mənəvi cəhətdən, həm də daxilən təmizlənərək Allaha daha yaxın olurlar. Quranın nazil olduğu bu ayda Peyğəmbərimizin (s.ə.s) dediyinə görə şeytanın qolları zəncirdə olur. Allah rizası üçün oruc tutan hər bir şəxs oruc tutduğu zamanda, bütün vücudilə ibadətdə olur. Yəni onun ağzı nalayiq söz deməz, qulağı xoşagəlməzlikdən uzaq olar, gözləri harama baxmaz, beynində pis fikirlər olmaz. Bunlar da olmazsa, lənətə gəlmiş şeytan insan qəlbinə heç vaxt yol tapa bilməz, beləliklə də zəncirlənmiş olar. İmam Əli (ə)buyurur: -“Oruc yalnız yemək və içməkdən qalmaq deyildir. Bu Allahın xoşu gəlməyən bütün şeylərdən uzaq olmaq deməkdir.”

Oruc tutan insan həm Allahın buyruğunu yerinə yetirmiş olur, həm də öz sağlamlığını möhkəmləndirir. Hətta belə faktlar da var ki, səhiyyə aləmində müalicəsi mümkün olmayan insanlar, sidq ürəklə oruc tutaraq bu xəstəlikdən azad olmuşlar. Bu bir daha sübut edir ki, Yaradanımız yaratdığı bəndələrinə nə qədər mərhəmətli və adildir.

İmam Sadiq(ə) deyib:-“Oruc dünya xəstəliklərinin qarşısında qalxan, Axirət əzabındansa hicabdır.”

İmam Əli(ə) isə belə buyurur:-“Oruc tutan insanın yatması ibadət, susması təsbih, bir yaxşı əməli isə ikiyə bərabərdir. Onun iftar zamanı etdiyi dua rədd olunmaz .”

Yəqin ki, hər bir sidq ürəklə oruc tutan şəxs bu ayda qəlbinin nə qədər  saflaşdığının, nurlandığının, Allaha daha yaxın olduğunun, bizə bəxş edilən nemətlərin necə qədrini bildiyimizin, insanlara qarşı olan mərhəmət və sevginin daha da çoxalmasının şahidi olurlar. Məhəmməd Peyğəmbər (s.ə.s) deyir ki:-“Ey,müsəlmanlar, bilsəniz ki, oruc tutmaq sizə həm bu dünyanız, həm də o dünyanız üçün necə xeyir və savabdır, ilin bütün günlərini oruclu keçirərdiniz .”

Ramazan ayının saysız-hesabsız gözəllikləri var. Bu gözəlliklərdən ən başlıcası bu ayda yaşından, irqindən, sosial təbəqəsindən asılı olmayaraq bütün müsəlmanların müəyyən ay ərzində eyni olmasıdır. Bəli, Allah qarşısında bütün insanlar eyni olur. Səhər tezdən  qalxarkən fikirləşdikcə ki, milyonlarla sənin kimi insan imsak edir, Allaha ibadətdə onlarla sən də varsan, insan ürəyi riqqətə gəlir. Və yaxudda ki axşam iftar zamanı, ailənlə, qohumlarınla, məsləkdaşlarınla, bəzən də heç tanımadığın insanların əhatəsində iftar etdikdə onların sənə nə qədər doğma olduğunu anlayırsan. Bu ayın insanlara bəxş etdiyi bir  özəllik də bütün insanlara qarşı olan sevgidir. Ümumiyyətlə bu ayda heç kəs özünü tənha hiss etməməlidir. Hər bir müsəlmanın borcudur ki, imkan dairəsində tanıdığı, həm mənəvi, həm də maddi ehtiyacı olan insanlara köməklik əlini uzatsın. Bunu edən şəxs heç nə itirmir, əksinə savab və rəhmət qazanır. Rəsuli Əkrəm (s.ə.s) deyir:-”Unutmayın ki, bu dünyadan sizə  yaxşı əməllər və ehtiyacı olana etdiyiniz köməyin savabından başqa heç nə qalmayacaq.

Peyğəmbərimiz ilin bütün günlərində, xüsusilə də Ramazan ayında imkan dairəsində allah rizası üçün kimsəsizlər, yetimlər, imkansızlar, uşaqlar üçün süfrə açardı. Yetimlərin başını sığallayar, məzlumlara kömək edərdi.

Bu kimi əməlləri yerinə yetirən hər bir insanın ürəyi daha da mərhəmətli olar, Allah ona da daha da çox rəhmət və ruzi-bərəkət yetirər. Ətrafımızda belə qayğıya ehtiyacı olan yüzlərlə insan var, nə olar ki, imkan dairəmizdə onlara kömək olub, dərdlərini bölüşək, həm də qarşıdan gələn bu mübarək ayda onlara özlərini tənha hiss etməyə imkan verməyək? Bu ay bir tövbə, günahlardan qurtuluş, Ali nura qovuşmaq, ehtiyaclılarla ünsiyyət, və bu kimi savab əməlləri  yerinə yetirmək ye üçün bizə nazil olan aydır. Gəlin çalışaq ki, bu ilin Ramazan ayını, gözəlliklərini duya-duya yaşayaq. Allah orucunuzu və bütün saf, təmiz niyyətlərinizi qəbul eləsin!

                                                                                                                           Müəllif: AFA.H
Baxışlar: 89 | Elave etdi: xeyriyye| Reytinq: 0.0/0 |
Cəmi səsvermələr: 1
12-Sentyabr-2008
1. Aglayan_Momin (aglayan_momin)
ƏLAAAAAAAAAAAA

 
Имя *:
Email:
Код *: