"Ulduz Media" kimi tanınan, İnternet Medianın 1 yaşı tamam oldu. Bu münasibətlə Qasımbəy məscidi, Köhnə Pir məscidində, Xüsusi təmtəraqla 70 nəfərdən çox şəxs arasında Ramazan ayı Münasibətilə İftar süfrəsi verildi. Təəssüflər olsun ki, bəzi hallarda istədiklərimiz baş tutmadı. Yəqin ki, həmin məclisdə iştirak edən şəxslər bunu gözəl bilirlər. Amma buna baxmayaraq, hamı razılıq edərək, yavaş-yavaş iftar açdıqdan sonra məsciddən xeyir-dua ilə ayrıldılar. Qayda-qanunlara riayət etmək məqsədilə, ilk öncə gələn qonaqlara su ilə, xurma təklif olundu. Gələn qonaqlar İftarlarını açdıqdan sonra Namazlarını qılmaq üçün məscidə daxil oldular. Namazı başa vurduqdan sonra, ehsan məqsədilə gətirilmiş təamlardan nuş etməyə başladılar. Sizlər gərək ki, onların iftar zamanı üzlərini görəydiniz. Onlar iftarlarını gülər üz, biri-birilərinə can-deyib, can-eşidərək açdılar. Bu insanı fərəhləndirir. Çünki, adam fəxr edir ki, Orucu hələ də, Sevə-Sevə tutan şəxslər var. Sözün doğrusunu desəm, mən sözü istədiyim şəxsin üzünə deyənəm. Bə'zi insanlar var ki, özü ilə öyünmək və ya özünü kiminsə yanında göstərmək niyyətilə Oruc tutur. Lakin bilmir ki, bunun savab yerinə böyük günah qazanmış olur. "Ulduz Media"-nın 1 yaşı münasibətilə keçirilmiş bu təntənəli məclisə gələn bütün insanlara Medianın rəhbəri olaraq, şəxsən təşəkkür edirəm, saydılar və iştirak etdilər. Bundan başqa köməklik edən şəxslərdən, haqqlarını halal etmələrini diləyirəm. Bunu bizə xatir yox, Allaha xatir etdiklərini də, bilirəm. Bizə xatir Allah evində, Sizcə nə edilə bilər? Burada hər nə etmisinizsə, deməli özünüzə bir əməl dolusu xurcun qazanmış oldunuz. Nəisə başınızı çox ağrıtmayım. Mənim bu tədbirin baş tutmasında 3 nəfərə xüsusi minnətdarlığım olacaqdır. Hacı Misirxan Əliyev (atam), Məşhədi Fərid (qardaşım), Anar (can-sirdaşım, uşaqlıq dostum). Hər üçünə də Allahdan daima belə məclislər üçün qazandıqları var-dövləti sərf etmələrini arzu edirəm. Daima yalnız belə yolda öz qüvvələrini sərf etmələrini arzu edirəm. ALLAH HAMINIZDAN RAZI OLSUN. AMİN!