«Sakit ol və dayan». Bu vaxt yer birdən sakit oldu. Camaatın təkbir səsləri hər tərəfdən ucaldı. O Həzrətdən sual olundu: «Necə yeri sakitləşdirə bildin?» Əli (ə) buyurdu: «Bu zəlzələni sakitləşdirmək çətin və mühüm bir məsələ deyil. Ey camaat, bilin ki, mən o insanam ki, Allahın əmri ilə qiyamət zəlzələsini sakit edəcəyəm.» Müaviyə gördü ki, ibni Abbasın oxuduğu hər ayə, Əli (ə)-ın fəziləti və şənindədir. Buna görə də ibni Abbasa dedi: «Daha kifayətdir». İbni Abbas dedi: İcazə ver, yenə də Qurandan başqa ayələri təfsir edəm. O vaxt bu ayəni oxudu:
«Ona görə ki, bunu (möminlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın.» (Haqqə surəsi, ayə 12) Və dedi: Bu şərif ayə həzrət Peyğəmbərə (s) nazil olduqda Həzrət buyurdu: «Mən Allahdan istədim ki, Əlinin qulağını mənim elmimim qabı qərar verə, belə ki, məndən eşitdiklərini heç vaxt yaddan çıxarmaya.» Əli (ə)-dan nəql olunub ki, buyurur: «Peyğəmbəri Əkrəmin (s) duası səbəbiylə eşitdiklərimi heç vaxt yaddan çıxarmamışam.» Yenə də ibni Abbas Qurandan başqa bir ayəni oxudu və dedi: «Ey Müaviyə, bu ayənin təfsirinə qulaq as:»
Hamılıqla Allahın ipindən yapışın və bir-birinizdən ayrılmayın (Ali İmran surəsi, ayə (103). Məndən bu ayənin təfsirini sual edirlər: Əgər desəm ki, ondan məqsəd ki, camaat gərək ondan yapışa Peyğəmbərin Əhli-Beyti və onların əvvəlincisi Əli (ə)-dır, desəm ayəni düzgün təfsir etmiş olaram. (Səqəleyn hədisinə əsasən)». (Səqəleyn hədisini - Tirmizi Səhihində 2 c., səh. 380, Əhməd ibn Hənbəl də öz müsnədində 3 c., səh.17 və digərləri qeyd etmişlər). Muaviyə dedi: başqa ayə təfsir et, köhnələrindən danışma. İbni Abbas dedi: «Bu ayəyə qulaq as:
Allah-Təala buyurub: «Əli ibni Əbu Talibin (ə) vilayəti Mənim alınmaz qalamdır, hər kəs mənim qalama daxil olsa, mənim əzabımdan amanda qalar.»
عَلِىٌّ مَعَ الْحَقِّ وَالْحَقُّ مَعَ عَلِىٍّ
«Əli haqq ilə, haqq da Əli ilədir.» Əziz oxucular! Hamımıza məlumdur ki, Quran-Kərim Allah tərəfindən bəşəriyyətin hidayət olunması üçün İslam Peyğəmbəri Həzrət Muhəmməd (s)-a nazil olmuşdur. Peyğəmbər Əkrəm (ə) vida Həccindən qayıtdıqda Qədir-Xum adlanan bir məkanda aşağıdakı şərif ayə Allah tərəfindən o həzrətə vəyh olundu:
«Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanları camaata çatdır. Əgər çatdırmasan öz risalətini yerinə yetirməmisən. Allah səni insanlardan qoruyacaq.» (Maidə surəsi, ayə 67.) Bu şərif ayə nazil olandan sonra Peyğəmbəri Əkrəm (s) yüz mindən artıq hacının qarşısında tarixi Qədir hədisini buyurdu:
مَنْ كُنْتُ مَوْلاَهُ فَهَذَا عَلِىٌّ مَوْلاَهُ
«Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.» Peyğəmbəri Əkrəm (s) bu sözü buyurduqdan sonra Allah bu ayəni nazil etdi:
«Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi sona çatdırdım və bir din kimi (əbədi) sizin üçün İslamı bəyənib seçdim.» (Maidə surəsi, ayə 3). Bu ayə və hədislərdən nəticə alırıq ki, bəşəriyyətin Peyğəmbərin vəfatından sonra düz yola hidayəti və zəlalətdən nicat tapması məhz Əli ibni Əbu Talibin vilayətinə etiqad bəsləməyə bağlıdır. Ümid edirik ki, bu kitab Allahın və Əhli-Beytin razılığına səbəb olacaq.
İnşə-Allah! İBNİ ABBASIN MÜAVİYƏ İLƏ MÜBAHİSƏSİ (İmam Əlinin (ə) vilayəti haqqında nazil olan ayələr)
Müaviyə müsəlmanların xəlifəsi adı ilə Mədinə şəhərinə daxil olduqda əmr etdi İbni Abbası onun hüzuruna gətirdilər. Müaviyə qəzəblə ona dedi: «Eşitmişəm hələ də Əlinin fəzilətindən danışırsan. Məgər bilmirsən ki, Əlinin (ə) fəzilətindən danışmağı qadağan etmişəm?! O gündən qorx ki, əzablı bəlaya düçar olasan və heç vaxt canını qurtara bilməyəsən.» İbni Abbas dedi: «Bütün Mədinə əhalisi şahiddir ki, mən Quran təfsirindən başqa bir söz dilimə gətirmirəm. Çünki Allahın Rəsulundan eşitmişəm ki, buyurub:
Hər kəs Quranı öz rəyi ilə (həqiqətin xilafına) təfsir etsə, gərək öz oturaq yerini odda hazırlasın. Buna görə də mən Quranı həqiqətin xilafına təfsir etmirəm. Müaviyə dedi: Təfsir de, həqiqətin xilafına və yalan məna etmə. Amma Əlinin fəzilətindən dəm vurma!» İbni Abbas dedi: «Çox yaxşı, lakin mən bəzi vaxt bu şərif ayəni oxuyuram:
«Onlar özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər» (İnsan surəsi, ayə 8). Məndən sual edirlər: «Allah bu ayədə kimləri tərif edir?» Əgər onların Əli (ə), Fatimə (s.a.), Fizzə (r) olduğunu desəm ayəni düzgün təfsir etmiş olaram. Əks halda yalan demiş olaram. Müaviyə dedi: «Başqa ayələr yoxdur ki, camaata təfsirini deyəsən?» İbni Abbas dedi: «Çox yaxşı, indi başqa bir ayə oxuyuram:
Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanları camaata çatdır. Əgər belə etməsən öz risalətini yerinə yetirməmisən. Allah səni insanlardan qoruyacaq (Maidə surəsi, ayə 67). Məndən sual edirlər: Peyğəmbər (s.a.a.v.) hansı sözü camaata çatdırmağa məmur olmuşdu ki, əgər onu deməsəydi, öz risalətini tamamlamamış olurdu?» Əgər Peyğəmbər (s.a.a.v.) «Qədir-Xum»da özündən sonra Əli (ə)-ı müsəlmanların rəhbəri və xəlifə olmasını çatdırmağa məmur olduğunu desəm, ayəni doğru və düzgün təfsir etmiş olaram. Əks halda yalan söz demiş olaram» Müaviyə dedi: «Gərək hökmən, bu ayəni təfsir edəsən? Başqa ayə oxu.» İbni Abbas oxudu:
«Ey iman gətirənlər, hər vaxt Peyğəmbərlə pıçıltı ilə söhbət etmək istəsəniz, sirlərinizi deməkdən əvvəl sədəqə verin. (Mücadilə surəsi, ayə 12.)» Məndən sual edirlər: Bir şəxs bu ayəyə əməl edən fəqət Əli (ə)-dır, belə olan halda ayəni düzgün təfsir etmiş olaram, əgər belə olmasa Allaha yalan demiş olaram. Mən heç vaxt cürət etmərəm ki, həqiqətin xilafına Quranı təfsir edəm. Baxmayaraq ki, onun bir dinardan çox pulu yox idi, amma o bir dinarı on dirhəmə satdı və hər vaxt Peyğəmbərlə (s) nəcva etmək (pıçıldaşmaq), istəyirdisə bir dirhəm sədəqə verirdi,.» Müaviyə dedi: «Quranın başqa ayələrindən oxu.» İbni Abbas oxudu:
«Camaatdan bəziləri (fədakarlıq edərək) öz canlarını Allahın razılığı üçün satırlar. Allah Öz bəndələrinə qarşı mehribandır» (Bəqərə surəsi, ayə 207). Məndən soruşurlar: «Kimdir öz canını Allahın razılığına görə qurban verən şəxs? Əgər desəm ki, o şəxs Əli (ə) idi və «Le... Davamını oxu »
Əssəlamu Aleykum! İnşllah qardaşlar, Əhya gecələrini, Ramazan ayının gündəlik dualarını və iftar duasını yerləşdirirəm.
I əhya gecəsi - Ramazan ayının 18-dən 19-a keçən gecə; II əhya gecəsi - Ramazan ayının 20-dən 21-ə keçən gecə; III əhya gecəsi - Ramazan ayının 22-dən 23-ə keçən gecə.
Ramazan ayının 10-u - böyük İslam Peyğəmbərinin (s) həyat yoldaşı, Həzrət Fatimənin (s.ə.) anası Həzrət Xədiceyi-Kübranın vəfatı. Ramazan ayının 15-i - İmam Həsən Müctəbanın (ə) mübarək mövludu. Ramazan ayının 19-u - Əmirəlmöminin Həzrət Əlinin (ə) zərbətlənməsi. Ramazan ayının 21-i - Əmirəlmöminin Həzrət Əlinin (ə) şəhadəti.
İftar duası
Bismilləhir-Rahmənir-Rahim. Əllahummə ləkə sumtu və 'ələ rizqikə əftərtu və 'əleykə təvəkkəltu.Yə vəsi'əl məgfirəti iğfirli.
İlahi! Sənə xatir oruc tutdum. Sənin verdiyin ruzi ilə iftar edirəm və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah! Günahlarımı bağışla!
Ramazan ayının 1-ci gününün duası: Allahumməc’əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və’fu ənni ya afiyən ənil-mücrimin. Tərcüməsi: İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!
Ramazan ayının 2-ci gününün duası: Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin. Tərcüməsi: İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Qur’ani) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!
Ramazan ayının 3-cü gününün duası: Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc’əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin. Tərcüməsi: İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!
Ramazan ayının 4-cü gününün duası: Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi’ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin. Tərcüməsi: İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!
Ramazan ayının 5-ci gününün duası: Allahumməc’əlni fihi minəl-müstəğfirin. Vəc’əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc’əlni fihi min övliyaikəl-müqərrəbin. Birə’fətikə ya ərhəmər-rahimin. Tərcüməsi: İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!
Ramazan ayının 6-cı gününün duası: Allahummə la təxzulni fihi li-təərrüzi mə’siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin. Tərcüməsi: İlahi, bu gün sənə qarşı etdiim günahlara görə məni rüsva etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!
Ramazan ayının 7-ci gününün duası: Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin. Tərcüməsi: İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv ıə nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!
Ramazan ayının 8-ci gününün duası: Allahummərzuqni fihi rəhmətəl-əytami və it’amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin. Tərcüməsi: İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!
Ramazan ayının 9-cu gününün duası: Allahumməc’əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin. Tərcüməsi: İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!
Ramazan ayının 10-cu gününün duası: Allahumməc’əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc’əlni fihi minəl-faizinə lədeyk. Vəc’əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin. Tərcüməsi: İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!
Ramazan ayının 11-ci gününün duası: "Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin". Tərcüməsi: "İlahi, bu gün ehsan etməyi mənə sevdir! Bu gün fisq və asilikdən məni ikrah etdir! Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır! Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!"
Ramazan ayının 12-ci gününün duası: "Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin". Tərcüməsi: "ilahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi".
Ramazan ayının 13-cü gününün duası: "Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin". Tərcüməsi: "İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı".
Ramazan ayının 14-cü gününün duası: "Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc’əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin". Tərcüməsi: "İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!"
Ramazan ayının 15-ci gününün duası: "Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin". Tərgüməsi: "İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi məvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!".
Ramazan ayının 16-cı gününün duası: "Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin". Tərcüməsi: "İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı".
Ramazan ayının 17-ci gününün duası: "Allahummə əhdini fihi lisalihil-ə’mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin". Tərcüməsi: "İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun".
Ramazan ayının 18-ci gününün duası: "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə’zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi: "İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən üzvlərimi bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey ariflərin qəlbin... Davamını oxu »
450-İmam Baqir əleyhissalam (öz duasında) buyurur:İlahi, ümidimiz, arzumuz budur ki, bizi kərim olan yerdə yerləşdirəsən, onun vasitəsi ilə islam və müsəlmanları izzətli edəsən, ayrılığı və nifaq salanları zəlil edəsən, bizi o haqq olan yerdə dinə də`vət edənlər və hidayət yolunun qabaqcılları qərar verəsən və o Rəhbərin vasitəsi ilə dünya və axirətimizi izzət və kəramətə çatdırasan.
439–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:Allah, bəndəsi camaat namazına məşğul olub namazdan sonra Ondan bir şey dilədikdə, onu qəbul etməməkdən həya edər (yə`ni hökmən Allah onun istəyini verər).
Biharul-ənvar /88/4.
440–İmam Riza əleyhissalam buyurur:Camaatla qılınan namazın hər rəkəti, tək qılınan namazın 2000 rəkətinə bərabərdir.
Biharul-ənvar /88/4. Vəsailuş-şiə /8/280.
441–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:Kişinin camaatla qıldığı bir namaz, evində tək qıldığı qırx ilin namazından yaxşıdır.
Müstədrəkul-vəsail /6/443.
442–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:Ümmətimin yer üzündə camaat namazının sıraları, göydəki məlaikələrin sıraları kimidir və camaat namazının bir rəkəti 24 rəkətə bərabərdir ki, onun hər biri Allah yanında qırx ilin ibadətindən məhbub və əzizdir. Qiyamət günündə Allah-taala bütün yaranmışları hesaba çəkmək üçün bir yerə toplayacağı zaman, mö`minin camaat namazı qılmaq üçün getməsi onun qorxu və həyəcanını azaldar və sonra əmr edər ki, daxil ol cənnətə.
Biharul-ənvar /88/6.
443–Bir nəfər Rəsuli-əkrəmə (s.ə.v.v.) dedi:Mən koram, azan səsini eşidirəm, amma bir adam yoxdur ki, əlimdən tutub məni məscidə aparsın və namazımı sizinlə, camaat namazı qılım, vəzifəm nədir? Həzrət buyurdu:Evindən məscidə bir ip çək və ondan tutub camaat namazına gəl.
Təhzib /3/266.
444-İmam Baqir əleyhissalam buyurur:Hər kim camaat namazını üzrlü səbəb olmadan və müsəlmanların ictimaiyyətindən uzaqlaşmaq üçün qılmasa, heç bir namazı olmayacaq (yə`ni namazı qəbul olmayacaq).
Biharul-ənvar /88/11.
445–İmam Riza əleyhissalam buyurur:Həqiqətən camaat namazı dində xalislik, tək olan Allaha sitayiş etmək, Allaha ibadət edib Ona təslim olmağı aşkar etmək üçün müəyyən olunmuşdur. Çünki din hökmlərinin e`lan olunması və haqq bünövrələrinin bəyan edilməsiylə Allahın höccət və dəlili şərq və qərb əhlinə çatdırılır, islam dininin həqiqətləri aydınlaşır. Vahid Allaha sitayiş olunduğu üçün, artıq şirk və kafirliyin qaranlıq zülməti nurun qarşısında davam gətirə bilməz və nəhayət məhv olub gedəcəkdir. Allahın dinindən uzaq düşüb onu yüngül sayanlar, amma müsəlmançılıq iddiası edənlər, istər-istəməz camaat namazına gəlir və iddiasına uyğun olaraq camaat namazına dayanır, nəticədə cəmiyyətin əməli bir şəkildə olur və kimsə hökmü pozmayır. Xalq bir-birini tanıyır və bir-birinə şahid dura bilmələri üçün şərait yaranır. Bu məqsədi həyata keçirmək üçün ən yaxşı şey camaat namazıdır. Bu toplaşma səbəb olur ki, xalq bir-birinə kömək əli uzatsın, ümumi mənafe xatirinə həmkarlıq etsin, çətinlikləri aradan qaldırsın, dindarlıqda, Allaha sitayiş etməkdə və çoxlu günahların qarşısını almaqda bir-birinə yardım etsinlər.... Davamını oxu »
435–Əmirəl-mö`minin Əli əleyhissalam buyurdu:Özünüzü bağışlanmaq istəyi ilə ətirləndirin ki, pis günahların qoxusu sizi rüsvay etməsin.
Biharul-ənvar /6/22.
436–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:Allahın bütün ne`mətlərinə şükr edir və hər bir yaxşı işi Ondan diləyir, bütün pisliklərdən Ona pənah aparır və Ona sığınıram və hər bir günah üçün Ondan bağışlanmaq istəyirəm.
Biharul-ənvar /94/242.
437–İmam Baqir əleyhissalam buyurur:Peyğəmbərdən (s.ə.v.v.) soruşdular ki, ən yaxşı bəndə kimdir? Buyurdu:O bəndədir ki, yaxşı iş gördükdə sevinər, pis iş gördükdə isə bağışlanmaq istəyər, ona bir şey veriləndə təşəkkür edər, çətinliyə düşdükdə səbr edər və qəzəbləndikdə güzəştə gedər.
Xisal /317.
438–İmam Sadiq əleyhissalam buyurur:Hər vaxt bir bəndə (Allahdan) bağışlanmaq istəklərini artırsa, nameyi-əməli parlayan halda yuxarı qalxar .
430–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:Qəzəb imanı, sirkə balı xarab etdiyi tək zay edər.
Kafi /2/302.
431–İmam Sadiq əleyhissalam buyurur:Bütün pisliklərin açarı qəzəbdir.
Kafi /2/303.
432–İmam Riza əleyhissalam buyurur:Bir kişi Peyğəmbəri-əkrəmdən (s.ə.v.v.) behiştdən uzaq düşməməsi üçün ona bir şey öyrətməsini istədi. Həzrət buyurdu:1. Qəzəblənmə; 2. Xalqdan istəmə (yə`ni hər bir şeyi Xaliqdən istə); 3. Özün üçün istədiyini xalq üçün də istə (yə`ni özünə rəva bilmədiyini xalqa rəva bilmə).
Biharul-ənvar /25/27.
433–İmam Sadiq əleyhissalam buyurur:Hər kim qəzəbinin qarşısını alsa, Allah onun eybini örtər və gizlədər.
Kafi /2/303.
434–İmam Sadiq əleyhissalam buyurur:Qəzəb hikmət sahiblərinin qəlbinin hikmətini yox edər (elə buna görə də onda hikmət əvəzinə səfehlik müşahidə olunar) və buyurdu:Hər kim qəzəbinə sahib olmasa (qəzəbini cilovlaya bilməsə) ağlına da sahib ola bilməz.