Xeberler arxivi - XEYRİYYE
Cüme, 27-Noyabr-2009, 10.46.49
Sizi salamlayırıq Allah bendesi | Qeydiyyat | Giriş

Xeyriyyəçilərin rəsmi İnternet səhifəsinə xoş gəlmisiniz!

Rəsuli Əkrəm (s.ə.v.v) buyurub: Rəhm etməyənə, Rəhm etməzlər

SƏHİFƏLƏRİMİZ
GİRİŞ NÖVÜ
Ləqəb:
Şifrə:
 
XƏBƏRLƏR TƏQVİMİ
«  Noyabr 2009  »
B.EÇ.AÇC.ACŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
ƏMƏKDAŞLARIMIZ
STATİSTİKA

Cemi online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
BİZİM MARAQLARIMIZ
Dini ayinləri yerinə yetirirsinizmi?
Cəmi cavablar: 11
Ana səhifə» Xeberler arxivi

76–İmam Baqir əleyhissalam Cabirə buyurdu:  Ey Cabir, şiə olmaq üçün təkcə biz Əhli-beytə məhəbbət bəsləmək kifayət edərmi? Allaha and olsun, bizim şiələrimiz Allah qarşısında təqvalı olub itaət edənlərdir, onlar yalnız təvazökarlıqla, mülayimlik edib əmanətdar olmaqla, Allahı çox yad etməklə, çox oruc tutub namaz qılmaqla, valideynə yaxşılıq etməklə, qonşulara, yoxsullara, miskinlərə, borclulara, yetimlərə mehriban və vəfalı olmaqla, sözü doğru olan, Qur`an tilavət etməklə camaat barəsində yalnız xeyirli sözlər danışmaqla tanınarlar və bütün işlərdə öz qohum-əqrəbasının əmanətdarlarıdır.
Kafi /2/74.
 
 77–Süleyman ibni Mehran deyir:  İmam Sadiq əleyhissalamın yanına getdik. Onun hüzurunda bir dəstə şiə var idi. Həzrət buyurdu:  Ey şiələr, bizim üçün zinət olun, rüsvayçılıq səbəbi olmayın. Camaatla yaxşı davranın, dilinizi qoruyun, onu yersiz danışmaqdan və nalayiq sözlərdən saxlayın.
Əmali /400.
 
 78–Əbdüllah ibni Bükeyr İmam Sadiq əleyhis-salamdan belə nəql edir:  Həqiqətən biz (Əhli-beyt) ağıllı, düşüncəli, fəqih, həlim, tədbirli, səbirli, sədaqətli və vəfalı şəxsləri sevirik. Həqiqətən Allah-taala peyğəmbərlərə bəyənilmiş əxlaq, gözəl xislətlər bəxş etmişdir. Hər kəsdə o xüsusiyyətlər olsa, gərək bu ne`mət üçün Allaha şükür etsin və hər kimsə bu xüsusiyyətlərə malik olmasa, Allahın hüzurunda yalvarıb onları istəsin. (Bükeyr deyir) Soruşdum ki, sənə fəda olum, onlar hansılardır? Buyurdu:  Onlar vər`ə (təqvanın ən yüksək mərhələsi), qənaət, səbir, şükür, helm, həya, səxavət, şücaət, qeyrət, yaxşılıq, düz danışmaq və əmanəti (sahibinə) qaytarmaqdır.
Kafi /2/56.
 
 79–İmam Baqir əleyhissalam buyurur:  Hər kəs Allaha itaət etsə (müti olsa), bizim dostumuzdur. Hər kəs Allaha asi (üsyankar, günah edən) olsa, bizim düşmənimizdir.
Kafi /2/75.
Baxışlar: 46 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

64-Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Öz övladlarınızı üç şeylə tərbiyə edin:  Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Qur`an oxumaqla.
 Cameus-səğir /1/14.
 
65–İmam Sadiq əleyhissalam buyurur:  Hər kəs bizim özümüzə yaxşılıq etməyə qadir olmasa, əməli-saleh dostlarımıza yaxşılıq etsin və hər kəs bizi ziyarət etməyə qadir olmasa, saleh şiələrin ziyarətinə getsin. Bu halda onun üçün bizi ziyarət etmək savabı yazılacaq.
Biharul-ənvar /74/354.
 
 66–İmam Məhəmməd Baqir əleyhissalam buyurur:  Bəndənin Allah dərgahına yaxınlaşmasına səbəb olan əməllərin ən yaxşısı Allaha, Onun Rəsuluna və ixtiyar sahiblərinə (imamlara) itaət etməkdir. (…yenə buyurur…) Bizə məhəbbət bəsləmək iman, ədavət bəsləmək isə küfrdür.
Kafi /1/187.
 
 67–İmam Sadiq əleyhissalam buyurur:  Həqiqətən hər bir ibadətdən üstün bir ibadət var. Ən yaxşı ibadət isə biz Əhli-beytə məhəbbət bəsləməkdir (bundan daha üstün ibadət yoxdur).
Biharul-ənvar /27/91.
 
 68–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  (Həqiqi) mö`mini sizə tanıtdırımmı? Mö`min o kəsdir ki, sair mö`minlər onu öz mallarına və canlarına əmanətdar bilsinlər. Müsəlmanın kim olduğunu deyimmi? Müsəlman o şəxsdir ki, bütün müsəlmanlar onun dilindən, əlindən amanda qalsınlar. Mühacir o şəxsdir ki, pisliklərdən əl çəkib Allahın haram buyurduğunu tərk etsin. Mö`min şəxsə haramdır ki, başqa mö`minə zülm etsin, ya onu xar etsin, yaxud arxasınca qeybət etsin və yaxud da onu öz yanından qovsun.
Kafi /2/235.
 
 69–İmam Sadiq əleyhissalam buyurur:  Mö`min şəxs üçün layiq deyildir ki, Allaha günah edilən bir məclisdə otursun, halbuki məclisi (gedişini, söz-söhbəti) dəyişməyə qadir deyil. (…yə`ni nəhy əz münkər etməyə qadir olmadığı halda o məclisdə oturmasın.)
Kafi /2/374.
 
 70–İmam Sadiq əleyhissalam buyurur:  Hər kəsin dili düz, doğru danışan olsa, əməli paklaşar. Hər kəsin niyyəti gözəl olsa, Allah onun ruzisini artırar, hər kəs öz əhli-əyalına yaxşılıqlarını artırsa, Allah onun ömrünü uzadar.
Xisal /1/88.
 
 71–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Bir kişi Rəsuli-əkrəm (s.ə.v.v.)-in yanına gəlib dedi:  Mənə elə bir əməl öyrət ki, onu etdikdə Allah və bütün məxluqlar məni sevsin, Allah mal-dövlətimi artırsın, bədənimi sağlam etsin, ömrümü uzatsın və məni (qiyamətdə) səninlə birlikdə dirildib məhşur etsin.
Baxışlar: 44 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

58–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Ümmətimin arasında Əhli-beytimin məsəli Nuhun gəmisinin məsəli kimidir. Hər kəs o gəmiyə minsə nicat tapar və hər kəs ondan üz döndərsə həlak olar.
Biharul-ənvar /27/113.
 
 59–İmam Məhəmməd Baqir əleyhissalam buyurur:  Həqiqətən bizim hədislərimiz (kəlamlarımız) qəlbləri dirildir.
Biharul-ənvar /2/144.
 
 60–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:   Əli ibni Əbi Talibi yad etməklə məclislərinizi zinətləndirin.
Biharul-ənvar /38/199.
 
 61–İkmalüddin kitabında deyilir:  Cabir Co`fi Cabir ibni Əbdüllah Ənsaridən belə nəql edir:  Ətiullahə və ətiurrəsulə və ulil-əmri minkum ayəsi nazil olanda Rəsuli-əkrəmə dedim:  Ya Rəsuləllah, Allahı və Onun Rəsulunu tanıdıq. Bəs ´ulul-əmrh kimdir ki, Allah-taala onlara itaət etməyi sənə itaət etməklə yanaşı vacib etmişdir?

Həzrət buyurdu:  Ey Cabir, onlar mənim (haqq) xəlifələrimdir, məndən sonra müsəlmanların imamlarıdır. Onların birincisi Əli ibni Əbi Talib, ikincisi Həsən, üçüncüsü Hüseyn, dördüncüsü Əli ibni Hüseyn, beşincisi Tövratda Baqir ləqəbi ilə tanınan Məhəmməd ibni Əlidir. Ey Cabir, sən onu görəcəksən, o zaman məndən ona salam yetirərsən. Altıncısı Sadiq-Cə`fər ibni Məhəmməd, yeddincisi Musa ibni Cə`fər, səkkizincisi Əli ibni Musa, doqquzuncusu Məhəmməd ibni Əli, onuncusu Əli ibni Məhəmməd, on birincisi Həsən ibni Əli, on ikincisi adı mənim adımla, künyəsi mənim künyəmlə eyni olan, Allahın yer üzündəki höccəti Həsən ibni Əlinin oğludur. O, həmin şəxsdir ki, Allah-taala onun əli ilə yer üzünün şərq-qərbini fəth edəcək; O, həmin şəxsdir ki, öz şiələrinin və dostlarının gözündən qeybə çəkiləcək, elə bir müddətə qeybə çəkiləcək ki, onun imamətinə inam (əqidə) barəsində yalnız Allahın qəlblərini iman (nuru) ilə imtahan etdiyi şəxslər sabit qalacaqdır.

(Cabir deyir…) Həzrətdən soruşdum:  Ya Rəsuləllah, onun qeybə çəkildiyi bu dövrdə şiələr üçün fayda olacaqmı?

Buyurdu:  Bəli, məni (haqq olaraq) Peyğəmbərliyə seçən Allaha and olsun ki, həqiqətən onlar (şiələr) onun qeybdə olduğu vaxtlarda, camaat bulud arxasında olan günəşdən bəhrələndiyi kimi, onun nurundan nur kəsb edəcək, vilayətindən faydalanacaqlar.
İkmaluddin /1/253.
 
 62–Maliki məzhəbinin banisi Malik ibni Ənəs İmam Sadiq əleyhissalamın fəzilətinə dair belə deyir:  Fəzilət, elm, ibadət və vərə`(təqvanın ən yüksək mərhələsi) baxımından Cə`fər Sadiqdən daha üstün bir kəsi heç bir göz görməmiş, bir kəsin qulağı ondan üstün bir fəzilət eşitməmiş, heç bir bəşərin qəlbindən ondan fəzilətli adam keçməmişdir.
Biharul-ənvar /47/128.
 
 63–İmam Hüseyn əleyhissalam buyurur:  Canıma and olsun ki, Allahın kitabı əsasında hökm edən, haqq-ədaləti bərqərar edən, haqq dinə malik olan və öz nəfsini Allah yolunda saxlayan şəxsdən başqası imam ola bilməz.
İrşad /204.
Baxışlar: 37 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

35–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  İnsanları Cənnətə daxil edən şeylərin ən mühümü Allah qarşısında təqvalı olub gözəl əxlaqa malik olmaqdır.
 Biharul-ənvar /71/373.
 
 36–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Hər vaxt hər hansı bir işə başlamaq istəsən (əvvəlcə) onun axır-aqibəti barəsində fikirləş. Əgər onun sonu xeyir və inkişaf olarsa ardınca düş, amma fasid bir əməl olarsa ondan uzaq ol.
Biharul-ənvar /77/130.
 
 37–İmam Sadiq əleyhissalamdan təqvanın təfsiri barəsində soruşdular, Həzrət buyurdu:  Təqva budur ki, Allah-taala səni, Özünün əmr etdiyi işlərdə və yerlərdə qaib, qadağan etdiyi yerlərdə isə hazır görməsin.
Səfinətul-bihar /2/678.
 
 38–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Öz tayfa və qəbiləndəki əməlisaleh, möhtərəm bir şəxs qarşısında həya etdiyin kimi, Allah qarşısında da həya et.
Müstədrəkul-vəsail /8/466.
 
 39–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Gözləri üsyankarlıq və şəhvət müqabilində yummaq necə də gözəl səddir.
Ğürərul-hikəm /321.
 
 40–İmam Əli əleyhissalam, ibni Mülcəm (lə`nətullahi əleyh) tərəfindən zərbətlənərkən oğlu Həsən və Hüseynə xitabən buyurdu:  Sizə ilahi təqvanı tövsiyə edirəm. (Və tövsiyə edirəm ki,) dünya (malını) axtarmayın, hətta dünya sizin arxanızca gəlsə də. Əlinizdən gedən dünya malına əsla təəssüflənməyin. Haqq danışın, əcir və savab almaq üçün əməl edin, zalıma qarşı düşmən, məzlumlara isə kömək (arxa) olun.
Nəhcül-bəlağə, 47-ci məktub.
 
 41–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Ey oğlum, sənə ilahi təqvanı və Allahın əmrini yerinə yetirməkdə iltizamlı olmağı, öz qəlbini Allahın zikri ilə abad etməyi, (eşq, məhəbbət ocağı olan qəlbini Allah eşqinin nuru ilə işıqlandırmağı), Ona bəndəlik etməyi və sarsılmaz məhəbbət ipinə sarılmağı tövsiyə edirəm. Səninlə Pərvərdigarın arasındakı ipdən də möhkəm bir səbəb ola bilərmi ki, sən ondan yapışmısan?!
Nəhcül-bəlağə, 31-ci məktub.
 
 42–Əbi Üsamə deyir:  İmam Sadiq əleyhissalam mənə buyurdu:  Amandır, sizi ilahi təqvaya, həqiqi mə`nada Allahdan qorxmağa, sə`y etməyə, düzgün danışmağa, əmanəti qaytarmağa, gözəl əxlaqlı olmağa, qonşularla gözəl davranmağa tövsiyə edirəm! (Bu işlərdən qafil olmayın!) Haqq yoluna dilinizdən başqa şeylə (əməlinizlə) də`vət edənlərdən olun, bizim üçün zinət olun, rüsvaylıq səbəbi olmayın. Uzun rüku və səcdəni unutmayın! Çünki əgər sizlərdən biri rükunu və səcdəni uzadarsa, İblis onun arxasında fəryad edib deyər:  Vay olsun mənə, bu, Allaha itaət etdi, mən isə üsyan etdim; o səcdə etdi, mən isə səcdə etməkdən imtina etdim!
Baxışlar: 72 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

31–İmam Sadiq əleyhissalam buyurur:  Atam öz atasından belə nəql edir ki, kufəlilərdən bir nəfər Hüseyn ibni Əli əleyhissalama yazdı:  Ey mənim ağam, dünya və axirətin ən xeyirli əməli barəsində mənə xəbər ver. Həzrət cavabında yazdı:  Bismillahir-rəhmanir-rəhim. Amma sənin məsələnə gəldikdə isə, bilməlisən ki, həqiqətən hər kəs Allahın razılığını camaatın qəzəbi müqabilində əldə etmək istəsə, Allah onu camaatın işlərindən ehtiyacsız edər. Hər kəs camaatın razılığını Allahın qəzəbi müqabilində əldə etmək istəsə, Allah-taala o şəxsi camaata həvalə edər. Vəssalam.
Biharul-ənvar /71/208.
 
 32–İmam Səccad əleyhissalam buyurur:  Hər kəs Allah-taalanın ona vacib etdiyi şeylərə əməl etsə, onda o, ən yaxşı insanlardandır.
Kafi /2/81.
 
 33–İmam Sadiq əleyhissalam buyurur:  Hər kəs Allah xatirinə sevsə, Allah xatirinə nifrət eləsə və Allah xatirinə əta etsə, onda o, imanı kamil olan şəxslər sırasındadır.
Kafi /2/124.
 
 34–İmam Həsən Əskəri əleyhissalam buyurur:  İki gözəl xüsusiyyət vardır ki, onlardan üstün xislət yoxdur:  Allaha iman və din qardaşlarına fayda çatdırmaq.
Biharul-ənvar /17/218.
Baxışlar: 43 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

10–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  “Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kovsər hovuzuna) gələ bilməz. (Yə`ni belə şəxs ümmətin yaxşı adamlarının Peyğəmbərin mərhəmət və lütfünə şamil olduqları yerə daxil olmaz və həzrətin ümmətindən sayılmaz)”
Mən layəhzuruhul-fəqih. c.1,s.206.
  
 11–İmam Sadiq əleyhissalam buyurur:  Əgər sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orada beş dəfə yuyunsa onun bədənində çirk qalarmı? Həqiqətən namaz belə bir çaya bənzəyir. Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin günahda qalar.
Biharul-ənvar /82/236.
  
 12–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  “Vacib namaz Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir.”
Biharul-ənvar , c.99, s.14.
  
 13–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Öz namazlarınızı (onun düzgün oxunmasına əhəmiyyət verməməklə) heç etməyin. Həqiqətən hər kəs namazın vaxtına və düzgün olması məsələlərinə riayət etməsə, Qarun və Haman ilə birlikdə məhşərə daxil olacaqdır və Allaha vacibdir ki, onu münafiqlərlə birlikdə Cəhənnəm oduna daxil etsin.
Biharul-ənvar /83/14.
  
 14–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  “Namazda elə halda ol ki, sanki ömrünün axırıncı namazını qılırsan (namazı son dərəcə hüzuri-qəlblə qıl, e`dam hökmü verilmiş şəxsin e`damdan qabaq qıldığı son namazı kimi)”.
Biharul-ənvar, c.69, s.408.
  
 15–İmam Əli əleyhissalam buyurur:  “Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi heç vaxt başını səcdədən götürməzdi.”
Təsnifu Qürərul-hikəm, səh.175.
  
 16–İmam Baqir əleyhissalam buyurur:  “Qiyamət günü bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir.”
Biharul-ənvar , c.7, s.267.... Davamını oxu »
Baxışlar: 56 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

1–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Ey camaat, həqiqətən məndən sonra heç bir peyğəmbər, sizdən sonra heç bir ümmət olmayacaq. Agah olun və öz Allahınıza ibadət edin, beş vaxtda namaz qılıb Ramazan ayının orucunu tutun, Rəbbinizin beytinin həccinə gedin, mal-dövlətinizin zəkatını səmimi qəlbdən verin və öz vəliyyi-əmrlərinizə (imamlarınıza) itaət edin ki, Pərvərdigarınızın cənnətinə daxil olasınız.
Xisal /322.
 
2–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Xaliqi əzəmətlə yad etməyiniz məxluqu gözünüzdə kiçildər.
Nəhcül-bəlağə, kəlimati-qisar/129.
 
 3-İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Xoş o kəsin halına ki, əməlini, elmini, məhəbbət və ədavətini, bir şeyi əxz edib və ya tərk etməsini, kəlamını, sükutunu, fe`l və danışığını Allah üçün ixlaslı (xalis) etsin.
Biharul-ənvar/77/289.
 
 4– İmam Əli ibni Hüseyn əleyhissalam buyurur:  Mö`min bəndədə üç xasiyyət olarsa həlak olmaz:  Allahdan başqa heç bir mə`budun olmamasına şəhadət vermək, Onun şəriki olmadığına inanmaq, Rəsuli-əkrəmin şəfaətinə və Allahın rəhmətinin genişliyinə inanmaq.
 Səfinətul-bihar/517.
 
 5-İmam Səccad əleyhissalam buyurur:  Həmd yalnız Allaha məxsusdur və həmd Ona layiq olduğu kimi Onun haqqıdır. Ona çoxlu şükür və həmd edirəm. Allaha pənah aparıram öz nəfsimin şərrindən, həqiqətən nəfs Rəbbimin rəhm etdiyi şəxslərdən başqa (qalan bütün) insanları pisliklərə sürükləyəndir. Allaha pənah aparıram Şeytanın şərrindən, o Şeytan ki, günahımın üstündən günah artırır. Allaha sığınıram bütün facir zülmkarlardan, qəddar padşahlardan və güclü düşmənlərdən!

İlahi, Pərvərdigara, məni Öz qoşunundan qərar ver. Çünki Sənin qoşunun və yalnız Sənin qoşunun qaliblərdir və məni Öz hizbindən (dəstəndən) qərar ver, çünki həqiqətən yalnız Sənin hizbin nicat tapanlardır. Məni Öz dostlarından qərar ver, çünki həqiqətdə Sənin dostların üçün heç bir qorxu və qəm-qüssə yoxdur.

Pərvərdigara, mənim dinimi islah et, çünki həqiqətən o mənim işlərimin isməti, paklığıdır. Mənim axirətimi islah et, çünki həqiqətən axirət mənim əbədi evim və alçaq adamlarla qonşuluqdan qaçış yerimdir. Həyatımı hər bir xeyirdə mənim üçün artır, vəfatımı mənim üçün bütün şərlərdən rahat et! Pərvərdigara, peyğəmbərlərin sonuncusu və mürsəllərin sayının tamamlayıcısı olan həzrət Məhəmmədə, onun pak Əhli-beytinə və seçilmiş səhabələrinə salavat göndər. Mənim üçün üç şey əta et:  Günahlarımı bağışlamamış, qəm-qüssəmi aradan aparmamış, düşmənimi dəf etməmiş məni boşlama, Səni and verirəm bütün adların ən yaxşısı olan Bismillaha, yerlərin və göylərin Rəbbi olan Allahın adları xatirinə...
Biharul-ənvar 90/187, Mülhəqqati-Səhifeyi-Səccadiyyə /572.
 
 6–İmam Sadiq əleyhissalam buyurur:  Qəlb Allahın hərəmidir; belə isə Allahın hərəmində Ondan başqasına yer vermə (qəlbin məxfi guşələri Allaha məxsusdur, dünya məhəbbətini ondan xaric et.) 
Biharul-ənvar /70/25.
Baxışlar: 63 | Tarix: 08-Sentyabr-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

HƏDİSLƏR
 
Burada yazdığım hədislər Peyğəmbər Rəsuli Əkrəm (s.ə.v.v) və Əhli Beyt (a) hədislərinin bağçasından bir dəstədir. Əgər bu işimlə Allahın razılığını qazanmışamsa özümü xoşbəxt hesab edirəm.
 
1. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Namazlarını yüngül sayan məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kövsər hovuzuna) gələ bilməz (Yə'ni belə şəxs ümmətin yaxşı adamlarının Peyğəmbərin mərhəmət və lütfünə şamil olduqları yerə daxil olmaz və Həzrətin ümmətindən sayılmaz)."
 
2. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Namaz mö'minin meracıdır."
 
3. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Hər namazını qılanda, elə düşün ki, bu sənin son namazındır."
 
4. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Allah və Qiyamət gününə inamı olan, əhdə vəfalı olar."
 
5. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Həya imandandır."
 
6. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Əli (ə)-ın mənə olan nisbəti, Harunun Musaya olan nisbəti kimidir."
 
7. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Əli (ə) haqq ilə, Haqq isə Əli (ə)-ladır."
 
8. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Fatimə mənim ürəyimin bir parçasıdır. Onu sevindirən məni sevindirmiş, onu qəzəbləndirən məni qəzəbləndirmiş kimidir."
 
9. İmam Hüseyn (ə) buyurur: "Həqiqətən ölümü səadətdən başqa bir şey bilmirəm."
 
10. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Əməlsiz alim, bəhrəsiz ağac kimidir."
 
11. İmam Əliyyən Nəqi (ə) buyurur: "İnsan dünyada malı ilə, axirətdə isə əməli ilə tanınar."
 
12. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Təkəbbür edəni, Allah xar və zəlil edər."
 
13. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Qohumları yada salın, hətta bir salamla olsa belə."
 
14. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "İnsanları Cənnətə daxil edən şeylərin ən mühümü Allah qarşısında təqvalı olub, gözəl əxlaqa malik olmaqdır."
 
15. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "İman və əməl vəhdət təşkil edir. Əgər biri digəri ilə uyğun gəlməzsə, bu düzgün deyil."
 
16. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "İmanı düz, əməli saleh insanın bəlası çox olar."
 
17. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Gizdincə sədəqə vermək, Allahın qəzəbini söndürər."
 
18. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Behiştə girəcək ilk şəxslər şəhidlərdir."
 
19. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Həsən və Hüseyn Cənnət cavanlarının ağasıdır."
 
20. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır."
 
21. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Əli (ə) Kə'bə mislindədir."
 
22. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Əlini (ə) yad etməklə məclislərinizi zinətləndirin."
 
23. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Əli (ə) kimi cömərd, Zülfüraq kimi qılınc yoxdur."
 
24. İmam Cə'fəri Sadiq (ə) buyurur: "Allaha edilən heç bir dua, Mühəmməd və Əhli Beytinə salavat göndərməyincə qəbul olunmaz. (Yə'ni "Allahummə səlli Əla, Mühəmməd və Ali Mühəmməd" deməyincə)."
 
25. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Azan və İqamə arası edilən dua rədd olunmaz."
 
26. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: "Dua mö'minin silahıdır."
 
27. Həzrəti Əli (ə) buyurur: "Günah duanın qəbuluna mane olur."
 
28. Həzrəti Əli (ə) buyurur: "Allahın yanında əməllərin ən sevimlisi dua, ibadətlərin ən üstünü iffətdir."
 
29. İmam Cə'fəri Sadiq (ə... Davamını oxu »
Baxışlar: 104 | Tarix: 29-Avqust-2008 | Reytinq: 0.0/0 | Səsvermələr (0)

« 1 2 ... 5 6 7